İDMAN


Neymar PSJ ilə yaxınlaşmaq niyyətindədir

Bakı, 24 avqust, AZƏRTAC

Braziliya yığmasının hücumçusu Neymar heyətində oynadığı Fransanın PSJ klubu ilə yaxınlaşmaq niyyətindədir. AZƏRTAC xəbər verir ki, bu barədə “L'equipe” nəşrinə istinadla “Qazeta.Ru” məlumat verib.

Mənbənin məlumatına görə, klubun rəhbərliyi və futbolçu barışığa gəliblər, onların münasibətləri düzəlməyə başlayıb. PSJ başa düşür ki, 27 yaşlı futbolçunun yay transfer pəncərəsinin bağlanmasına qədər başqa komandaya keçməsi çox çətin olacaq. Daha əvvəl bildirilmişdi ki, PSJ bu komandanın heyətində oynamaq istəmədiyinə görə Neymarı satmaq niyyətindədir. Hazırda Neymara İspaniyanın “Barselona” və “Real”, habelə İtaliyanın “Yuventus” klubları maraq göstərirlər.

Vəziyyətlə tanış olan mənbə deyib: “Daha heç bir müharibə yoxdur”.

Neymar 2017-ci ilin yayında rekord məbləğ olan 222 milyon avro müqabilində “Barselona”dan PSJ-yə keçib. Hücumçunun Fransa komandası ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Braziliyalı parislilərin komandasında müxtəlif turnirlərdə 58 görüş keçirib, 51 qol vurub və 29 səmərəli ötürmə edib. İki dəfə Fransa çempionu olub, Fransa Kubokunu, Liqa Kubokunu və Fransa Superkubokunu udub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.