İDMAN


Neymar “Real Madrid”ə transfer olunmazdan əvvəl klubun Firminonu heyətinə qatmasını istəyir

Bakı, 3 noyabr, AZƏRTAC

“Pari Sen-Jermen” (PSJ) klubunun braziliyalı hücumçusu Neymar “Real Madrid”ə transfer olunması üçün şərt qoyub.

AZƏRTAC “sport-express.ru”ya istinadla xəbər verir ki, Neymar kral klubunun “Liverpul”da forma geyən həmyerlisi Roberto Firmino ilə müqavilə imzalayacağı təqdirdə özünün transferinə razılıq verəcəyini bildirib.

Amma “Liverpul” rəhbərliyi Firminonun klubdan ayrılmasını istəmir. İyirmi yeddi yaşlı braziliyalı bu mövsüm klubun heyətində 14 matçda 4 qol vurub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.