İDMAN
Neymar yenidən “Barselona”ya qayıtmaq istəyir
Bakı, 29 aprel, AZƏRTAC
Fransanın “Paris Sen-Jermen” futbol klubunun hücumçusu Neymar İspaniyanın “Barselona” komandasına qayıtmaq istəyir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 29 yaşlı braziliyalı hücumçu müsahibəsində “Paris Sen-Jermen”də xoşbəxt olduğunu söyləməsinə baxmayaraq, yenə də İspaniya təmsilçisinə qayıtmağı düşünür. Səbəblərdən biri də Neymarın yenidən Lionel Messi ilə eyni komandada oynamaq istəməsidir.
Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avroya “Barselona”dan “Paris Sen-Jermen”ə transfer olunub. Onun hazır ki, müqaviləsi 2022-ci ilin yayınadək etibarlıdır. Hücumçu cari mövsümdə bütün turnirlərdə keçirdiyi 22 oyunda 13 qol vurub və 8 məhsuldar ötürmənin müəllifi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]
Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam
- 25.04.2024 [11:06]
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
- 25.04.2024 [10:46]