İDMAN


Neymarın “Pari Sen-Jermen”ə transferi agentlərə 21,4 milyon avro qazandırıb

Bakı, 10 noyabr, AZƏRTAC

“Pari Sen-Jermen”in (PSJ) braziliyalı hücumçusu Neymarın “Barselona”dan 222 milyon avroya Fransa təmsilçisinə transferi futbolçunun agentləri üçün də sərfəli olub.

AZƏRTAC “footballhd.ru” portalına istinadla xəbər verir ki, futbolçunun PSJ-yə keçidi agentlərə 21,4 milyon avro qazandırıb. Belə ki, braziliyalı agentlər - Neymarın atası və Pini Zahavi transfer müqaviləsinə görə hərəyə 10,7 milyon avro mükafat alıblar. Paris klubu vergilərin ödənilməyəcəyi və bunun sənədlərlə sübut edilməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Lakin agentlər vaxtı uzadaraq, vergilərin ödənilməsi və ya prosesin qanuni olduğuna dair hər hansı sənəd təqdim etməyiblər. Zahavi ona çatacaq məbləği Maltadakı və ya Kiprdəki banklar vasitəsilə almaq istəsə də, PSJ rəhbərliyi bundan ehtiyat edir. Paris klubu bütün xərcləri ödəməyə hazır olsa da, ödənişi digər ölkələr, o cümlədən İsrail vasitəsilə həyata keçirmək istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.