İQTİSADİYYAT


Nicat Hacızadə: Məzənnə dəyişikliyi üçün heç bir nəzəri və praktiki fundamental əsaslar mövcud deyil

Bakı, 16 aprel, AZƏRTAC

Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və ölkəyə xarici investorların gəlməsi üçün lazımi şərtlərdən biri də bazar iqtisadiyyatına uyğun məzənnə siyasətidir. Azərbaycanda qısa və uzunmüddətli dövr ərzində məzənnə dəyişikliyi üçün heç bir nəzəri və praktiki fundamental əsaslar mövcud deyil.

Bu barədə AZƏRTAC-a "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə deyib.

Menecer qeyd edib ki, Azərbaycanda son illər aparılan dərin iqtisadi islahatlar artıq 2018-ci ilin ilk aylarında öz töhfəsini verməkdədir. İxracyönümlü siyasət yürüdən Azərbaycan artıq 2018-ci ilin iki ayı ərzində 241,7 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz daha çoxdur. Bundan əlavə, Azərbaycanın strateji valyuta ehtiyatları artaraq 44 milyard dolları ötüb. Davamlı və effektiv ixrac siyasəti nəticəsində ölkəmizin ixracı 2018-ci ilin sonuna qədər daha da artması yüksək ehtimalla proqnozlaşdırılır. Buna səbəb iqtisadiyyatın bütün sektorlarında artımın müşahidə olunmasıdır. Habelə, 2018-ci il üçün nəzərdə tutulan meqa sənaye müəssisələrinin açılışı, kənd təsərrüfatında məhsuldarlığın artımı, qeyri-neft sənayesinin yüksəlişi gələn inkişafa təkan verən amillərdir.

Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və ölkəyə xarici investorların gəlməsi üçün lazımi şərtlərdən biri də bazar iqtisadiyyatına uyğun məzənnə siyasətidir. Yuxarıda göstərilən amilləri nəzərə alsaq Azərbaycanda qısa və uzunmüddətli dövr ərzində məzənnə dəyişikliyi üçün heç bir nəzəri və praktiki fundamental əsaslar mövcud deyil.

Bütün qeyd olunan məsələlər birbaşa və dolayı yolla Azərbaycanda həm makroiqtisadi, həm də monetar dayanıqlılığın möhkəmləndirilməsinə zəmin yaradacaq, ölkəmizi bütün mümkün iqtisadi risklərdən sığortalayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.