İDMAN


Nicat Şıxəlizadə “Böyük dəbilqə” beynəlxalq turnirində növbəti qələbəsini qazanıb

Bakı, 10 may, AZƏRTAC

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” beynəlxalq turnirində Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən N.Şıxəlizadə əvvəlcə türkmənistanlı Muhammed Kossekova, daha sonra isə Qvineya-Bissau təmsilçisi Dioqo Sezara qalib gəlib.

Cüdoçumuz növbəti görüşünü Rusiya təmsilçisi Yakub Şamilova qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.