İDMAN


Niderland-Argentina: Start heyətlər açıqlanıb

Niderland-Argentina: Start heyətlər açıqlanıb

Bakı, 9 dekabr, AZƏRTAC

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsində qarşılaşacaq Niderland və Argentina yığmalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Niderland millisinin start heyətində Andries Noppert, Yurien Timber, Vircil Van Dayk, Natan Ake, Denzel Dümfriz, Marten De Run, Frenki De Yonq, Deyli Blind, Stiven Berqveyn, Memfis Depay və Kodi Qakpo yer alıblar.

Argentina seçməsinin heyətində meydana Emiliano Martinez, Molina Nahuel, Kristian Romero, Lisandro Martines, Nikolas Otamendi, Markos Akunya, Aleksis Makallister, Rodriqo De Paul, Entso Fernandes, Lionel Messi və Julian Alvares çıxacaqlar.

“Lusail” stadionunda keçiriləcək oyunun baş hakimi ispaniyalı Antonio Mateu olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.