CƏMİYYƏT
Niderland XİN Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən qanlı terror hücumunu pisləyib
Bakı, 27 yanvar, AZƏRTAC
Niderland Azərbaycanın İrandakı səfirliyinə qarşı bu gün törədilən qanlı terror hücumunu pisləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyinin tviter səhifəsindəki paylaşımda qeyd olunub.
Paylaşımda diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı hücumun yolverilməz olduğu bildirilib. Həmçinin həlak olan mühafizəçinin ailəsinə dərin hüznlə başsağlığı verilib, yaralananların tezliklə sağalması arzu edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:05]
Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub
- 19.04.2024 [17:53]