İDMAN


Niderland millisi - dörddəbir finala ilk vəsiqə

Bakı, 3 dekabr, AZƏRTAC

Futbol üzrə Niderland millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, "Xəlifə" stadionunda Niderland millisi ABŞ yığması ilə qarşılaşıb. Matçın 10-cu dəqiqəsində niderlandlı futbolçu Memfis Depay hesabı açıb. Birinci hissəyə əlavə olunmuş vaxtda Deyli Blind Niderland millisini hesabda önə keçirib. Avropa təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

İkinci hissəyə ABŞ millisi daha fəal başlayıb. Matçın 76-cı dəqiqəsində ABŞ futbolçusu Hadji Rayt hesab arasındakı fərqi azaldıb. Qarşılaşmanın 81-ci dəqiqəsində Denzel Dümfriz Niderland yığmasının üçüncü topunu rəqib qapısından keçirib və bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, Niderland millisi 3:1 hesablı qələbə qazanaraq çempionatın dörddəbir final mərhələsinə yüksəlib.

Bu gün pley-off mərhələsinin növbəti oyunu Argentina və Avstraliya yığmaları arasında oynanılacaq. “Əhməd ibn Əli” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.