DÜNYA


Niderland polisi: 3 nəfərin qətlə yetirilməsi ilə nəticələnən insident terror aktı deyil

Bakı, 10 sentyabr, AZƏRTAC 

Niderlandın Dordrext şəhərində avqustun 9-da gecə saatlarında 3 nəfərin qətlə yetirilməsi və bir insanın yaralanması ilə nəticələnən silahlı atışma baş verib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Dordrext şəhərinin yaxınlığında yerləşən Rotterdam polisinin yaydığı məlumatda silahlı atışmada iştirak edən cinayətkarların yaxalandığı bildirilir. Xəstəxanaya çatdırılan yaralı şəxsin də vəziyyətinin ağır olduğu qeyd edilib.

Rotterdam polisi vurğulayıb ki, bu insident terror aktı deyil. Dordrext şəhərinin meri Vuter Kolff hadisəni “çox ciddi insident kimi dəyərləndirib və cinayətin motivi ilə bağlı təhqiqat aparıldığını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.