QAN YADDAŞI


Niderland portalı Xocalı soyqırımından yazır

Haaqa, 4 mart, AZƏRTAC

Niderlandın “Krant.franekercourant.nl” portalında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, portalın jurnalistləri Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli və təşkilatın sədr müavini Ələkbər Həşimovdan müsahibə götürüblər. Müsahibə əsasında hazırlanmış məqalədə Xocalı soyqırımı haqqında geniş məlumat verilib.

Xocalıda erməni silahlı qüvvələri tərəfindən soyqırımı törədildiyini və bunun müasir tariximizin ən qara səhifəsi olduğunu vurğulayan jurnalist yazır ki, Azərbaycan xalqı 29 il bundan öncə - 26 fevral 1992-ci ildə törədilmiş soyqırımı qurbanlarının xatirəsini hər il yad edir, anım mərasimləri təşkil edir. Niderlandda yaşayan Azərbaycan icması Xocalı soyqırımının bu ölkədə tanınmasını istəyir.

“Biz sülh tərəfdarıyıq, erməni xalqı ilə problemimiz yoxdur. Xocalıda soyqırımı törədənlərin məhkəmə qarşısında cəzalanmasını tələb edirik ki, gələcəkdə bu cür soyqırımları baş verməsin”, - deyə Elxan Mirhəşimli bildirib. O, işğaldan azad edilmiş Qubadlını, anadan olduğu və böyüyüb boya-başa çatdığı ata ocağını görmək istədiyini qeyd edib. Amma onun evi ermənilər tərəfindən yandırılıb, ərazi isə minalandığı üçün hələ ata yurduna gedə bilmir.

Məqalədə Azərbaycan mədəniyyəti, Novruz bayramı, milli mətbəximiz, Bakıda keçirilən Formula 1 yarışları, ölkəmizin turizm potensialı, əsrarəngiz təbiəti haqqında da məlumat verilir. Bundan başqa, Niderland Azərbaycan Evinin iki ölkə arasında mədəni əlaqələrin, eləcə də dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfəsindən söz açılıb. Həmçinin Niderland Azərbaycan Evinin yaradılması, fəaliyyəti barədə məlumatlar verilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.