SİYASƏT


Niderland radiosunda Azərbaycan həqiqətlərindən danışılıb

Bakı, 8 yanvar, AZƏRTAC 

Uzun illərdir Niderlandda yaşayan həmyerlimiz, “Connect” təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov yaşadığı ölkənin mətbuatında Azərbaycanla bağlı, xüsusilə Dağlıq Qarabağ mövzusunda davamlı olaraq çıxışlar edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu günlərdə həmyerlimiz yerli SD (Schouwen Duiveland) radiosunda, GeertJan de Bruijnenin aparıcısı olduğu “Te Gast Bij….ROSD” proqramının qonağı olub.

Bir saatlıq proqramda Azərbaycan musiqiləri səsləndirilib. Həmyerlimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, sovet istilasından və xalqımızın 1988-ci ildən başlayan azadlıq mübarizəsindən, eləcə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən ətraflı söhbət açıb. Həmçinin Azərbaycanın multikultural dəyərlərindən, mətbəxindən ölkəmizdəki Alban kilsələrindən, İçərişəhər və digər tarixi abidələrdən danışılıb. Azərbaycanın füsunkar təbiətindən bəhs edən Vüqar Abbasov niderlandlı turizm həvəskarlarını ölkəmizə dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.