İQTİSADİYYAT


Niderland şirkəti kənd təsərrüfatı sahəsində qazandığı təcrübəni yerli fermerlərlə bölüşür

Bakı, 11 iyun, AZƏRTAC

Biz Niderlandın "STOLZE Caspian" şirkətinin Azərbaycanda təmsilçisiyik. Hazırda şirkətimiz ölkənizdə 10-dən çox layihə reallaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Ekspo Mərkəzində keçirilən 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərində iştirak edən şirkətin nümayəndəsi Timur Konçik deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum istixanalar üçün suvarma, iqlimləndirmə və isitmə sistemləri üzrə Avropanın tanınmış şirkətlərindəndir. Bundan başqa, şirkət fəaliyyətə başladığı gündən tam avtomatlaşdırılmış istixanaların satışı, rekonstruksiyasi və quraşdırılmasını təklif edir. Bakıda kənd təsərrüfatı sərgilərində artıq 3-cü dəfədir iştirak edən şirkət qazandığı təcrübəni və yeni texnologiyaları yerli fermerlərlə bölüşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.