SİYASƏT


Niderlandda Azərbaycanın minalanmış əraziləri ilə bağlı bilbordlar yerləşdirilib

Bakı, 25 aprel, AZƏRTAC

Niderland Krallığında fəaliyyət göstərən Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Emil Əliyevin təşəbbüsü ilə krallığın Berneveld şəhərində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalanmış torpaqlarımızla bağlı xəritənin Ermənistan tərəfindən hələ də verilməməsinə etiraz əlaməti olaraq bilbord yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bilbordlarda “Minalanmış torpaqlarımızın xəritəsini istəyirik”, “İnsan ölümlərinə son qoyulsun”, “Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”, “Ermənistan, müharibə cinayətlərini dayandır”, “Uşaqlar mina qurbanı olmasın” kimi şüarlar yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.