MƏDƏNİYYƏT


Niderlandda Milli Qurtuluş Günü konsert proqramı ilə qeyd edilib VİDEO

Haaqa, 16 iyun, AZƏRTAC

Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyətinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü konsert proqramı ilə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Haaqa şəhərində “CTKerkin” konsert zalında keçirilmiş tədbirdə Azərbaycan səfiri Fikrət Axundov, Niderlandda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, diasporamızın təmsilçiləri, eləcə də yerli sakinlər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan və Niderlandın Dövlət himnləri səsləndirilib.

15 İyun - Qurtuluş Gününə həsr edilmiş film nümayiş olunub. Sonra Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim edilib. Tofiq Bakıxanovun skripka və fortepiano üçün yazılmış əsərləri, “Sevən könül” mahnısı, Vasif Adıgözəlovun “Qərənfil” əsəri, italiyalı bəstəkarlarının əsərləri ,“Odlar Yurdu” cəmiyyətinin sədri, bəstəkar, musiqiçi Firəngiz Bağırova tərəfindən ifa edilib. Hülya Keser (piano) və Pei Pei (skripka) azərbaycanlı və xarici bəstəkarların musiqiləri ilə yanaşı, “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa ediblər. Cavid Səlimov (tar) və Sabrinanın (fortepiano) ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Konsert proqramı çərçivəsində yerli sakinlərə Azərbaycanın tarixi və mədəniyyətindən bəhs edən kitablar, milli suvenirlər hədiyyə edilib. Tamaşaçılar COVID-19 pandemiyası ilə bağlı sanitar məhdudiyyətlərin yumşaldılmasından sonra keçirilən ilk konsertdən məmnun olduqlarını bildiriblər. Belə tədbirlərin iki ölkə arasında dostluq əlaqələrinin inkişafına, eləcə də Azərbaycan mədəniyyətinin daha yaxından tanınmasına böyük töhfə verdiyi vurğulanıb.

Konsertin sonunda Azərbaycan musiqisi və mədəniyyətini Niderlandda təqdim və təbliğ etdiyi üçün “Odlar Yurdu” cəmiyyətinin sədri Firəngiz Bağırovaya, eləcə də konsertdə iştirak etmiş digər musiqiçilərə hədiyyələr təqdim edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.