QAN YADDAŞI


Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu lövhə quraşdırılıb və aksiya keçirilib

Bakı, 28 fevral, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyevin təşkilatçılığı ilə ilk dəfə “Xocalıya ədalət!” tələbinin əks olunduğu lövhə Niderland Krallığında quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, lövhə Amsterdam-Den Bosch şəhərləri istiqamətində gedən avtomagistralda yerləşdirilib.

Erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törətdikləri soyqırımına diqqəti cəlb etmək məqsədilə lövhədə https://justiceforkhojaly.org/ portalı da göstərilib.

Eyni zamanda, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diasporunun bir qrup nümayəndəsi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Haaqa şəhərindəki Ermənistan səfirliyinin qarşısında “səssiz” etiraz aksiyası keçiriblər.

Aksiya zamanı “Xocalıya ədalət!” şüarı, erməni yazıçıları Zori Balayanın, David Xerdiyanın Xocalı soyqırımını ermənilərin törətməsi barədə etiraflarının yazıldığı plakatlar nümayiş etdirilib və səssiz etirazın rəmzi olan ağ rəngli şarlar havaya buraxılıb. Aksiya Xocalı soyqırımına etiraz bəyanatının səfirliyin poçt qutusuna atılması ilə yekunlaşıb. Konvertin üzərinə “Xocalıya ədalət!” tələbinin əks olunduğu marka yapışdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.