İDMAN


Niderlandda qrid-görlz ənənələrini bərpa etmək istəyirlər

Bakı, 13 iyun, AZƏRTAC

“Liberty Media” qrid-görlz yarışlarının keçirilməsindən hələ 2018-ci ildə imtina edib. Buna baxmayaraq, bəzi Qran-pri mərhələlərində, o cümlədən Monakoda təşkilatçılar qızları əvvəlki qaydada dəvət edirlər. Niderlandda da qrid-görlz ənənəsini dəstəkləmək istəyirlər. Burada 35 illik fasilədən sonra gələn il ilk dəfə Formula 1 mərhələsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azadlıq Partiyasından Hollandiya Parlamentinin üzvü Roy van Alst deyib: “Beynəlxalq Avtomobil Federasiyasının (FİA) qərarı feminist hərəkatının dəstəklənməsinin bir formasıdır. Formula 1 maşınları kimi, qrid-görlz ənənələri də bu yarışların tərkib hissəsidir. Bu ənənə avtomobil idmanının tərkib hissəsidir və Azadlıq partiyası gələn il bu ənənənin bütün gözəlliklərini bərpa etmək istəyir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.