SİYASƏT


Niderlanddakı diaspor nümayəndələrimizdən ermənilərə layiqli cavab

Haaqa, 29 fevral, AZƏRTAC

Niderlandın Haaqa şəhərində erməni əsilli bir qrup şəxs Azərbaycanın səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib. Ancaq onlar Niderlanddakı diasporumuzun nümayəndələri tərəfindən layiqli cavablarını alıblar.

AZƏRTAC xəbər verir ki, Avropa Azərbaycanlıları Media Qrupu, Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurası, Niderlandda təhsil alan tələbələr və digər soydaşlarımız 10 metr uzunluğunda Azərbaycan bayrağını ermənilərin gözü qarşısında ucaldıblar. Soydaşlarımız səsgücləndirici vasitəsilə Paşinyanın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrdə çaşaraq söylədiyi “Dağlıq Qarabağ ərazisi Azərbaycana aiddir” sözlərinin səs yazısını nümayiş etdiriblər. Bu, erməniləri sarsıdıb. Onlar saxta fikirlər yazılmış plakatları yerə ataraq səfirliyin ərazisindən uzaqlaşıblar.

Mitinqin təşkilatçısı, Avropa Azərbaycanlıları Media Qrupunun sədri, Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev bildirib ki, ermənilər yenə belə cəhdlər etsələr, hər dəfə onlara qarşı bu cür cavab aksiyaları təşkil ediləcək. Ermənilər bilməlidirlər ki, Niderlandda həmişə Azərbaycanın maraqlarını qoruyan qüvvələr var.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.