İDMAN


Niderlandın “Algemene Dagblad” qəzetində Tofiq Bəhramov haqqında məlumat xarakterli məqalə dərc olunub

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 30-da Niderlandın “Algemene Dagblad” qəzetində azərbaycanlı məşhur futbol hakimi Tofiq Bəhramov haqqında məlumat xarakterli məqalə yer alıb.

Azərbaycanın Niderlanddakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə 1966-cı il iyulun 30-da futbol üzrə dünya çempionatının finalında İngiltərə millisinin hücumçusu Geoff Huss tərəfindən vurulmuş qol ilə bağlı T.Bəhramovun məşhur qərarına istinad edilib və bu qolun İngiltərənin çempion elan olmasına səbəb olduğu bildirilib. Eyni zamanda, T.Bəhramovun Azərbaycanda sevildiyi, Bakıda onun adına futbol stadionunun olduğu diqqətə çatdırılıb.

Məqalədə T.Bəhramovun İkinci Dünya müharibəsi zamanı Stalinqrad döyüşlərində faşistlərə qarşı mübarizə apardığı da qeyd edilib.

Məqalə ilə www.ad.nl/sport/het-geheim-van-de-wereldberoemde-grensrechter-uit-azerbeidzjan~a696793ff linkinə keçid etməklə tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.