MƏDƏNİYYƏT


Niderlandın Dövlət Muzeyi Rembranddın rəsm əsərini 165 milyon avroya almağa hazırdır

Bakı, 8 may, AZƏRTAC

Niderlandın Dövlət Muzeyi dünya şöhrətli Niderland rəssamı Rembrand Van Reynin (1606-1669) əsərini əldə etmək üçün 165 milyon avro verməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, Fransa dövləti milli muzeylərə rəssamın “Bayraqdaşıyan” əsərini satmaq tapşırığı verib. Əsər 2018-ci ilin iyul ayından satışdadır.

Məlumatda bildirilir ki, əgər Fransada bu rəsmi alan şəxs tapılmasa Niderlandın Dövlət Muzeyi 165 milyon avro ödəyərək əsəri alacaq. Çox pis haldır ki, Fransa dövləti rəsm əsərini ölkədə saxlamaq üçün heç bir tədbir görmür.

Qeyd edək ki, Fransada Rotşildlər ailəsinə məxsus olan rəssamın digər iki əsəri 2014-cü ildə satış üçün Niderland dövlətinə təklif olunub. Ancaq rəsm sahiblərində əsəri xaricə satmaq üçün lisenziyanın olmaması və Fransada buna etiraz aksiyasının keçirilməsi nəticəsində hər iki əsər növbə ilə Fransada və Niderlandda nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.