DÜNYA


Niderlandın İrandakı səfirinə etiraz bildirilib

Tehran, 16 yanvar, AZƏRTAC

Niderlandın İrandakı səfiri Jak-Lui Varner Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz bildirilib.

AZƏRTAC xəbər verir ki, ötən həftə İranın Haaqadakı səfirliyinin binasına hücum edən bir qrup şəxs pəncərələri daşa basaraq sındırıb, binaya daxil olub dağıtmağa cəhd edib. Polisin insidentin qarşısını almağa cəhd etməməsi İranın etirazına səbəb olub.

Nazirlikdə səfirə bildirilib ki, 1961-ci ildə imzalanmış Vyana Konvensiyasına əsasən Hollandiya hökuməti ölkə ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, o cümlədən İran səfirliyinin təhlükəsizliyini təmin etməlidir. Hollandiya polisinin hadisənin qarşısını almağa çalışmaması və dərhal təhqiqata başlamaması İranın kəskin etirazına səbəb olub.

Səfir İranın etirazını Hollandiya hökumətinə çatdıracağını bildirib və qeyd edib ki, polis araşdırmalar aparır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.