Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra

Əlahəzrət,

Niderland Krallığının milli bayramı – Kral Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

50 yaşınızın tamam olduğu belə bir xoş gündə Sizə bu əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Niderland xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 aprel 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin