RƏSMİ SƏNƏDLƏR


Niderlandın Kralı Villem-Aleksandrdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım.

Bu bayramı qeyd etdiyimiz ərəfədə COVID-19 pandemiyasının hamımız üçün misli görünməmiş çağırış olduğunu da bildirmək istəyirəm.

Koronavirusa qalib gəlmək üçün birgə səylərimizi davam etdirdiyimiz bir vaxtda Sizə, hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, qüvvət və cansağlığı diləyirəm.

Hörmətlə,

Villem-Aleksandr

Niderlandın Kralı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin