QAN YADDAŞI


Niderlandın Sosialistlər Partiyasına Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi təqdim edilib

Bakı, 3 iyun, AZƏRTAC

Niderland Krallığının Şimali Amsterdam bölgəsi üzrə gənc sosialistlər təşkilatının sədri Həcər Karaman Sosialistlər Partiyasının rəhbərliyinə Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sənəddə qədim tarixə malik xalqımızın dövlət quruculuğu istiqamətində mürəkkəb yol keçdiyi, Qarabağın əzəli Azərbaycan torpaqları olduğu bildirilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı birləşmələri tərəfindən etnik azərbaycanlılara qarşı amansız və dəhşətli soyqırımının törədildiyi vurğulanıb. BMT-nin “Soyqırımının qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına, Avropa İnsan Hüquqlarının Məhkəməsinin sənədlərinə istinad edən soydaşımız bildirib ki, ermənilərin Xocalıda törətdikləri soyqırımı cinayətidir.

Qeyd edilib ki, Ermənistan 30 ilə yaxın işğal dövründə Azərbaycana qarşı digər ağır cinayətlər də törədib. Bu dəhşətli cinayətlərdən biri Azərbaycanın Qarabağ bölgəsində ərazilərin minalanmasıdır. “İnsan əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsi haqqında" 1999-cu il 1 mart tarixli Konvensiyanı xatırladan gənc sosialist Ermənistanın beynəlxalq qanunlara məhəl qoymadığını diqqətə çatdırıb.

Soydaşımız Sosialist Partiyasının rəhbərliyini bu qətnamə layihəsinin qəbul edilməsinə, seçkilərdən sonra fəaliyyətə başlayacaq parlamentdə Xocalı soyqırımının müzakirəyə çıxarılmasına və siyasi-hüquqi qiymətin verilməsinə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.