SİYASƏT
Niderlandın səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub
Bakı, 22 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Niderland Krallığının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Pauline Eizema ilə görüşüb.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı münasibətlər, bir müddət əvvəl Niderland parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli, ədalətsiz qərarlar, Vətən müharibəsindən sonra yaranmış reallıqlar, bir çox sahədə, xüsusilə kənd təsərrüfatı sahəsində gələcək əlaqələr, regional proseslər, rəsmi səfərlər və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]