DÜNYA


Niderlandın yeni səfiri Ankaraya gəlib

Adana, 25 sentyabr, AZƏRTAC 

Niderland hökuməti Türkiyəyə təyin olunan yeni səfirini Ankaraya göndərib.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, xanım səfir Marjanne de Kvaasteniet etimadnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edəndən sonra qardaş ölkədə rəsmən fəaliyyətinə başlayacaq. Marjanne de Kvaasteniet bundan əvvəl Niderlandın NATO-da rəsmi təmsilçisi olub. O, Türkiyədə maraqlı həyat yaşamağı və iki ölkə arasında münasibətlərin yaxşı məcrada inkişafı üçün çalışa biləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ötən ilin mart ayından Niderland tərəfinin Türkiyənin hökumət üzvlərinə hörmətsiz hərəkətləri səbəbindən iki ölkə arasında siyasi böhran hökm sürürdü.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Adana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.