İDMAN
Niderlandlı Şurmans Luk “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinin qalibi olub
Qəbələ, 8 iyun, Leyla Muradzadə, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından başlayan yarış eyni məkanda başa çatıb.
İdmançılar Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 176,2 kilometr məsafə qət ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda niderlandlı Şurmans Luk birinci olub. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin klubunun idmançısı Julyen Trarieux isə üçüncü yeri tutub.
İlk iki turdan sonra ümumi reytinqə başçılıq edən bolqarıstanlı Martin Papanov sarı formanı özündə saxlayıb.
Qeyd edək ki, Bakıdan Şamaxıya 150 kilometr məsafənin olduğu birinci mərhələni Bolqarıstan millisinin üzvü Martin Papanov qazanıb. İyunun 9-da isə velosipedçilər Qəbələdən Gəncənin mərkəzinədək 170 kilometr yol qət edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]