SİYASƏT


Nigar Arpadarai: Azərbaycanın Qərbə, Qərbin isə Azərbaycana ehtiyacı var

Strasburq, 21 aprel, AZƏRTAC

Azərbaycan üçün Avropa kommunikasiya, böyük bazara çıxış və möhkəm demokratik ənənə deməkdir. Azərbaycan isə Qərb üçün iqtisadi, siyasi və təhlükəsizlik dividentləri deməkdir. Azərbaycanın Qərbə, Qərbin isə Azərbaycana ehtiyacı var. Avropa Şurası Avropa ölkələri arasında dialoqu başlayan ən böyük və ən qədim platformadır.

AZƏRTAC xəbər verir ki, bu fikri AŞPA-nın yaz sessiyası çərçivəsində “Avropa Şurası üçün strateji prioritetlərinə dair Assambleyanın baxışları” adlı məruzənin müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Nigar Arpadarai söyləyib.

Bildirib ki, Avropa bir ideyadır. Əsrlər boyu insanlar və ölkələr Avropa kimliyini qəbul edərək, ona doğru can atıb, onu seçiblər. Avropa son bir neçə yüzilliklər boyu Avrasiya qitəsinin Avropa “yarımadasının” təbii sərhədlərini aşaraq, daha da genişlənmiş sivil və mədəni quruluşdur.

“Bu gün ən vacib suallardan biri Avropanın Şərq sərhədinin harada yerləşməsi sualıdır. Bu, coğrafi sual deyil. Söhbət Avropanın gələcəyindən, təhlükəsizliyindən və çiçəklənməsindən gedir. Böyük Avropa sülh və firavanlıq üçün bir şansdır. Kiçik təcrid olunmuş Avropa hamımız üçün fəlakətə aparan yoldur. Bu tarixi həqiqətdir və hər kəs bilir.

“Avropa Şurası üçün strateji prioritetlərinə dair Assambleyanın baxışları” adlı məruzənin müəllifinə təşəkkürünü bildirən azərbaycanlı deputat qeyd edib ki, bu vaxtında hazırlanmış məruzədir. Ancaq məruzədə düzəlişə ehtiyacı olan məsələlər toplusu var: köhnə və mövcud münaqişələr, separatçı rejimlər, qaçqınlar və humanitar böhranlar, demokratiyanın keyfiyyəti və insan haqlarına sadiqlik. Ancaq ən əsası, etibar mövzusudur. Böyük etimadqurma prosesinə başlamaq üçün proqram və siyasi iradə lazımdır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.