Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Nigar Arpadarai: Bakı Qran-prisi maraqlı və möhtəşəm alındı VİDEO

Bakı, 24 iyun, S.Quliyev, P.Rəhimova, AZƏRTAC 

Mötəbər beynəlxalq idman yarışlarının yüksək səviyyədə keçirildiyi məkan kimi tanınan Azərbaycan dünya əhəmiyyətli daha bir turnirə uğurla ev sahibliyi etdi. İyunun 17-19-da Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi sürət həvəskarlarına həyəcanlı və adrenalin dolu anlar yaşatdı. Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Bakı Qran-prisini 187 ölkədə 500 milyon tamaşaçı izlədi.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 Avropa Qran-prisinin mətbuat katibi Nigar Arpadarai bu mötəbər yarışın yekunları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

Formula-1 təqvimində ən önəmli yerdə qərarlaşmışıq

- Formula-1 Avropa Qran-prisi Bakıda yüksək səviyyədə keçirildi. Sizcə bu uğurun əsasında hansı amillər dayanırdı? 

- Bakıda həm maraqlı, həm də möhtəşəm yarış keçirildi. Azərbaycanın tarixində ilk dəfə olaraq, Formula-1 yarışı təşkil olundu. Əminliklə deyə bilərik ki, biz Formula-1 təqvimində ən önəmli yerdə qərarlaşmışıq. Son illər ərzində ölkəmiz bir çox tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. “Eurovision” beynəlxalq mahnı müsabiqəsi və “Bakı-2015” ilk Avropa Oyunlarının uğurla təşkil olunması yaddaşlarda dərin izlər buraxıb. Biz çalışırdıq ki, atdığımız hər bir addım mükəmməl olsun. Əlimizdən gələni etdik ki, Avropa Qran-prisi təkcə azərbaycanlıların deyil, bütün dünyanın yaddaşında qalsın.

Düşünürəm ki, bu, bir komanda işi idi. Əməliyyat Şirkətinin işçilərindən əlavə, bizim könüllülərimiz və marşallarımız vardı. Əgər könüllülər gənclərdən, tələbələrdən ibarət idisə, marşallar isə biznes siqmentini təmsil edən çoxsaylı şirkətlərin nümayəndələri və müəyyən vəzifələri olan şəxslər idi. Məhz komanda işi olduğu üçün bu yarış belə mükəmməl alındı.

Yarışlara 42 ölkədə 25 min bilet satılmışdı

- Bilet satışı haqqında nə deyə bilərsiniz? Yarışları nə qədər azarkeş izlədi və əsasən hansı ölkələrdən azarkeşlər gəlmişdilər? Ümumiyyətlə, Qran-priyə maraq səviyyəsi barədə danışardınız.

- Ümumilikdə 42 ölkəyə bilet satılmışdı. Ən çox bilet alan ölkələr arasında Rusiya, Böyük Britaniya, Ukrayna, ərəb ölkələri və digərləri var idi. Əslində satış gözlədiyimiz kimi oldu. Avropa Qran-prisinə 25 min bilet satılmışdı. Bundan əlavə, Formula-1 yarışının geniş televiziya auditoriyası var. Avropa Qran-prisini televiziya vasitəsilə izləyən azarkeşlərin sayını yaxın günlərdə açıqlayacağıq.

Açılışda Avropa ilə Asiyanın birliyini göstərməyə çalışdıq

- Bir qədər də Qran-prinin açılışı haqqında danışaq. Azərbaycanın zəngin adət-ənənələrini tərənnüm edən mərasimin qayəsində nə dayanırdı? 

- Avropa Qran-prisinin açılış mərasimi “Sürətlə reallaşan arzular” adlanırdı. Ümumiyyətlə, Formula-1 yarışlarında açılış mərasimləri böyük olmur. Çünki bunun üçün cəmi 20 dəqiqə vaxt ayrılır. Bəzi ölkələr var ki, onlar ümumiyyətlə açılış mərasimi etmirlər. Biz çalışdıq ki, ilk Qran-pri olduğu üçün simvollarımızı dünyaya göstərək. Bildiyiniz kimi, idmanın bu növü bir çox ölkələrdə yayımlanır. İstədik ki, Bakı şəhər halqası brendinin simvollarını, - alov, su, külək, irəli və birlikdə, - səciyyələndirən, eyni zamanda, milli mədəniyyətimizi əks etdirən amilləri təqdim edək. Sonda Avropa ilə Asiyanın birliyini və mərkəzdə Bakını göstərməyə çalışdıq. Məncə, açılış mərasimi çox maraqlı alınmışdı. Mərasimdə milli musiqilər, geyimlər, brendin elementləri var idi. Açılış xəyal formasında bir uşağın arzusu süjeti ilə aparılırdı.

Əməliyyat Şirkətində çalışanların əksəriyyəti yerli vətəndaşlardır

- “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Qran-pridən sonrakı fəaliyyəti maraq doğurur. Formula-1 Avropa Qran-prisi gələcək yarışlar üçün nə kimi təcrübə qazandırdı?

- İndiki mərhələdə bizim işimiz hələ də çoxdur. Şəhərdə olan müvəqqəti qurğular yığışdırılmalı və hesabatlar hazırlanmalıdır. Pit binası, təhlükəsizlik baryerləri, Dənizkənarı Milli Parkda olan tikililər sökülməlidir. Gələn il yarışa bir neçə ay qalmış onlar yenidən quraşdırılacaq. Növbəti dəfə təbii ki, bu iş sürətlə həyata keçiriləcək və asan başa gələcək. Çünki artıq bütün avadanlığımız var. Gələn ilki yarışın hazırlığına sentyabrdan start veriləcək.

Bizə qalan Beynəlxalq Avtomobil Federasiyasının standartları və təcrübəsi oldu. Sevindirici haldır ki, Əməliyyat Şirkətində çalışan əməkdaşların əksəriyyəti yerli vətəndaşlardır. Könüllü və marşallarımız da azərbaycanlılardır. Yarışlar həm nizam-intizam, məsuliyyət, təşkilatçılıq, həm də logistikanın aparılması baxımından bizim üçün böyük təcrübə oldu. Avropa Qran-prisinin təşkilində əsasən Bəhreyndən olan həmkarlarımızla yaxın işbirliyi qurduq. Marşalların təlimi və yarışın idman tərəfi ilə bağlı bəhreynlilər bizə kömək edirdi.

Növbəti yarışda trasın konfiqurasiyası dəyişməyəcək

- Növbəti Qran-prilərdə hər hansı dəyişiklik gözlənilirmi?

- Növbəti Avropa Qran-prisi 2017-ci ildə təşkil olunacaq. Çox güman ki, yenə yay aylarına təsadüf edəcək. Lakin dəqiq tarix dekabrda bəlli olacaq. Ümumilikdə Formula-1 təqvimi dekabr ayında elan olunur. Trasın konfiqurasiyası dəyişməyəcək və şəhər trası olaraq qalacaq. Bu, ölkəmizin təbliği, turistləri Azərbaycana cəlb etmək üçün əla imkandır. Bizim əyləncə proqramımız da çox mükəmməl idi. Tamaşaçılar bu proqramı çox bəyəndilər. Çalışacağıq ki, yeni əlavələr etməklə həmin ab-havanı gələn il də saxlaya bilək.

Media Avropa Qran-prisi haqqında pozitiv fikirdədir

- Qran-pri yerli və xarici KİV-lərdə yüksək səviyyədə işıqlandırıldı. Dünya mətbuatının Bakı Qran-prisi ilə bağlı fikirləri sizi qane edirmi?

- KİV-in işi bizi çox razı saldı. Həm moto-idman saytları, telekanalları, həm də “life style” portallar yarış və Bakı haqqında materiallar yaydılar, müsbət fikirlər söylədilər. Bu, bizi çox sevindirir. Şəhər trası seçməklə və yarışı paytaxtın mərkəzi küçələrində keçirməyə qərar verməklə biz məhz bu nəticəyə nail olmaq istəyirdik. Media monitorinqlərinə nəzər salsaq, məşhur portallarda Bakı Qran-prisi haqqında mükəmməl və pozitiv yazıların çıxdığını görərik. Biz bundan sonra da belə davam etməsini istəyirik.

Media tərəfdaşımız olan AZƏRTAC bizə böyük dəstək verdi

- Nigar xanım, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın fəaliyyətini və yarışları işıqlandırmasını necə dəyərləndirərdiniz?

- AZƏRTAC fəaliyyətə başladığımız ilk gündən etibarən bizimlə oldu. Yarışa hazırlığı bizimlə çiyin-çiyinə işıqlandırdı. Yarışın işıqlandırılması məsələsində bizə çox böyük köməyi dəydi. Bu yarışı mükəmməl şəkildə həyata keçirmək təkcə bir şirkətin işi deyil. Tərəfdaşlarımız bizə dəstək oldu. AZƏRTAC onların ən önəmlilərindən biri idi. Buna görə də Əməliyyat Şirkəti adından AZƏRTAC-ın rəhbərliyinə və kollektivinə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Qran-prilər, eləcə də tədbirlər zamanı yenə birlikdə işləyəcək və Azərbaycanı bütün dünyada tanıdacağıq.

Nigar Arpadarai: Bakı Qran-prisi maraqlı və möhtəşəm alındı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY