SİYASƏT


Nigar Arpadarai: Böhran dövrlərində medianın rolu barədə məruzədə narahatedici məqamlar var

Strasburq, 26 yanvar, AZƏRTAC

Böhran dövrlərində medianın rolu barədə məruzədə jurnalistlər üçün daha çox təhsil, sosial media sahibləri və böyük biznes davranışlarına daha çox nəzarət kimi tam dəstəyə layiq bir sıra çağırışlar təqdirəlayiqdir. Ancaq məruzədə bəzi bəyanatların olması və bəzi məqamların olmaması ciddi narahatlıq doğurur. Avropa Şurasında işimizin əsası olan prinsip-söz azadlığı demək olar ki, unudulub. Məruzədə söz azadlığı nə birbaşa ifadə olunub, nə də nəzərdə tutulub. Əksinə, “senzura ehtiyacı” üçün evfemizm kimi səslənən bir sıra narahatedici anlayışlar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai qurumun yanvarın 25-də keçirilən sessiyasında “Böhran dövrlərində medianın rolu” adlı məruzənin müzakirəsində söyləyib.

Bildirib ki, “faktların yoxlanılması” anlayışı zahirən cəlbedici görünə bilər, ancaq bu anlayış da aysberq kimi hökumətlər və korporasiyalar tərəfindən sui-istifadə və manipulyasiyalar üçün böyük sualtı potensiala malikdir. Məruzə medianın idarə edilməsində, ondan hesabatlılıq və özünü məhdudlaşdırma mexanizmi kimi deyil, təbliğat aləti kimi istifadə edilməsində hökumətlərin artan rolunu əsaslandıracaq şəkildə tərtib olunub. Böhranların buna haqq qazandırması arqumenti qəbuledilməzdir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.