SİYASƏT


Nigar Arpadarai: XXI əsrdə irqçilik, ayrı-seçkilik, ksenofobiya kimi anlayışların hələ də mövcud olması təəssüf doğurur VİDEO

Strasburq, 28 yanvar, AZƏRTAC

Azərbaycanda tarixin çox ağrılı bir dövrünü keçirdik. Milli üstünlük siyasi ideologiyası ilə Ermənistan hökuməti və siyasi elitası son 30 ildə yalnız etnik kimliyinə görə 20 faiz Azərbaycan ərazilərində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdı. Bu, çox uzaq bir tarix deyil. Ancaq bu gün qürurla demək istəyirəm ki, Azərbaycan beynəlxalq hüququ tətbiq edərək Ermənistanın etnik təmizləmə siyasətinin qurbanları olan insanları doğma evlərinə qayıtmaq hüququnu bərpa etdi. Bu gün bizim üçün əsas prioritet işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri aparmaq, məcburi köçkünləri öz evlərinə qaytarmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri deputat Nigar Arpadarai AŞPA-da “Avropada etnik profilləşmə: böyük narahatlıq doğuran məsələ” adlı məruzə ilə bağlı debatlardakı çıxışında deyib.

Deputat bildirib ki, Avropa tarixində onun mövcud dəyərlərinə zidd olan səhifələr var. Tarixin təkrarlanmaması üçün mövcud dəyərlərə əməl etməliyik. Etnik profilləşmə, ayrı-seçkilik və xarici düşmənçilik problemi müzakirə edilməlidir. Çünki bu təhlükəli təzahürlərin Avropada mövcudluğu, sadəcə, qəbuledilməzdir.

Nigar Arpadarai qeyd edib ki, XXI əsrdə irqçilik, ayrı-seçkilik, ksenofobiya kimi anlayışların hələ də mövcud olması təəssüf doğurur. Dinlədiyimiz məruzədə əsas diqqət hüquq-mühafizə orqanlarının əməkdaşları - polislər tərəfindən aparılan etnik profilləşmədən söhbət gedir. Polislərin gündəlik yoxlama zamanı insanları irqinə, milli və ya etnik mənşəyinə və ya dininə görə profilləşdirərək seçməsi qəbuledilməzdir. Ancaq polis və hüquq- mühafizə orqanları ayrı-ayrılıqda nəzərdən keçirilməməlidir. Onlar cəmiyyətin ayrılmaz hissəsidir. Təəssüf ki, polis tərəfindən aparılan profilləşmə bir çox Avropa cəmiyyətlərində mövcud irqçiliyi, ksenofobiyanı əks etdirir. Polis tərəfindən etnik profilləşməni Avropada yaşadığımız ümumi problemin kontekstindən çıxararıqsa, heç vaxt düzgün həll tapa bilmərik. İrqçi və yad düşmən problemi var və artmaqdadır. Etnik profilləşmə etnik, mədəni inamsızlıq, ya üstünlük hisslərindən qaynaqlanır. Bunun qarşısı alınmalıdır.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.