ELM VƏ TƏHSİL


Nigar Babaxanova: “Gül dəftəri”nin beynəlxalq reyestrə salınması həm də Azərbaycan qadınının qələbəsidir

Nigar Babaxanova: “Gül dəftəri”nin beynəlxalq reyestrə salınması həm də Azərbaycan qadınının qələbəsidir

Bakı, 22 may, AZƏRTAC

Xurşidbanu Natəvanın “Gül dəftəri” şeirlər toplusunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması həm də Azərbaycan qadınının qələbəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” adlı nominasiyanın müəllifi dosent, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova deyib.

“Hər şey 2019-cu ilin sonlarından başladı. Əlyazmalar İnstitutunun direktorunun rəhbərliyi ilə komissiya yaradıldı və sənədləşdirmə prosesindən sonra UNESCO-ya nominasiya üçün müraciət edildi. 2019-cu ildən 2023-cü ilə qədər gedən prosesdə onlarla onlayn təlimlərə qoşulduq, yaranan sualları cavablandırdıq. Biz əlimizdən gələni etdik ki, bu günü yaşayaq. Hətta komissiya sədrlərindən biri sual verdi ki, necə ola bilir, XIX əsrdə Azərbaycan qadını belə açıq şəkildə yaradıcılıqla məşğulub? Biz isə onlara izah etməyə çalışırdıq ki, Azərbaycan Tomirislər, Məhsətilər ölkəsidir. Azərbaycan qadının həmişə hüquqları olub. Müsəlman Şərqində ilk dəfə səsvermə hüququ Azərbaycan qadınında olub”,- deyə Nigar Babaxanova söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.