DÜNYA


Nigerdə məktəbdə baş verən yanğında 20 şagird ölüb

Qahirə, 14 aprel, AZƏRTAC

Nigerin paytaxtı Niameydə məktəb binasında baş vermiş güclü yanğın nəticəsində 20 şagird yanaraq ölüb.

AZƏRTAC xəbər verir ki, yerli mətbuat taxtadan tikilmiş ibtidai məktəbin 21 sinif otağının alova büründüyünü, azyaşlıların çoxunun xilas edildiyini yazıb. Niameyin Pas Bas rayonunun yanğınsöndürənləri alovu söndürməkdə çətinlik çəkiblər. Nigerin Təhsil Nazirliyi məktəbdə 800 şagirdin təhsil aldığını bildirib.

Baş nazir Ohumodu Mahamadu yanğının baş verdiyi məktəbə gələrək həlak olan uşaqların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, BMT İnkişaf Proqramının məlumatına görə, Niger dünyanın 189 ölkə arasında ən yoxsul dövlətdir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.