RƏSMİ SƏNƏDLƏR


Nigeriya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Muhammadu Buhariyə

Hörmətli cənab Prezident,

Nigeriya Federativ Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün imkanlar mövcuddur.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 sentyabr 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin