DÜNYA


Nigeriya Hava Yolları mayın 9-dan etibarən fəaliyyətini dayandıracaq

Bakı, 7 may, AZƏRTAC

Nigeriya Hava Yolları aviasiya yanacağının bahalaşması səbəbindən mayın 9-dan fəaliyyətini dayandıracaq

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Nigeriyanın aviasiya xətləri operatorları assosiasiyasının ölkənin aviasiya naziri Hadi Sirikeyə ünvanladığı məktubda deyilir.

Assosiasiyanın fikrincə, aviasiya yanacağının qiymətinin durmadan artması əməliyyatların davamlılığına və aviaşirkətlərin maliyyə dayanıqlılığına böyük təzyiq göstərir.

Qeyd edək ki, Nigeriyada “Jet A1” aviasiya yanacağının bir litrinin qiyməti ilin əvvəlindən bəri 0,46 dollardan 1,69 dollara qalxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.