DÜNYA


Nigeriya ordusu 33 terrorçunu öldürüb

Bakı, 13 aprel, AZƏRTAC

Nigeriya ordusunun keçirdiyi hərbi əməliyyat nəticəsində Çad gölü yaxınlığında “Boko Haram” təşkilatının üzvü olan 33 nəfər terrorçunun öldürüldüyü bildirilir.

AZƏRTAC “The Defense Post” portalına istinadla xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin məlumatında əməliyyatı uğurla həyata keçirən silahlı qüvvələrin heç bir itki vermədiyi qeyd olunur. Vurğulanır ki, terrorçulara məxsus avtomobillərdən çoxlu sayda avtomat silahlar və qumbaraatanlar aşkar edilərək götürülüb.

Nigeriya ordusunun hərbi əməliyyatları “Boko Haram” silahlı qruplaşması tərəfindən ölkənin Diffa bölgəsində 7 nəfər polis əməkdaşının qətlə yetirilməsindən sonra başlanıb. Həmin terrorçu qruplaşmanın məhz bu rayonda yaradıldığı bildirilir. İrimiqyaslı hərbi əməliyyatda Nigeriya Hərbi Hava Qüvvələrinin və Kamerunun kəşfiyyatçı və bombardmançı təyyarələri də iştirak edib.

“Boko Haram” silahlı qruplaşması 2016-cı ildə parçalanaraq iki hissəyə bölünüb. Onlardan biri Əbubəkir Şekanın başçılıq etdiyi və mülki əhalinin qətlində xüsusi fəallıq göstərən terrorçu dəstədir. İkinci silahlı qruplaşma isə Çad, Kamerun və Nigeriya ərazisində hökumət güclərinə və mülki əhaliyə silahlı hücumlar təşkil edir. Həmin ölkələrdə 27 min insanın ölümünə səbəb olmuş hər iki qruplaşmanın İŞİD ilə sıx əlaqədə olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.