DÜNYA


Nigeriya ordusu Boko Haram terror təşkilatının 150 üzvünü məhv edib

Bakı, 8 yanvar, AZƏRTAC

Boko Haram terror təşkilatı Nigeriyanın Ajilari ve Auno bölgələrinə silahlı hücum edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, terror təşkilatının üzvləri ilə Nigeriya ordusu arasında silahlı qarşıdurma olub. Ordunun reallaşdırdığı hərbi əməliyyat nəticəsində 50 terrorçu məhv edilib. Bundan başqa, Nigeriyanın ordu komandanlığının verdiyi açıqlamada bildirilib ki, ölkənin Borno və Yobe əyalətlərində keçirilən antiterror əməliyyatında 100-dən çox terrorçu öldürülüb.

Xatırladaq ki, 2002-ci ildən Nigeriya ərazisində mövcud olan Boko Haram terror təşkilatı bu ölkə ilə yanaşı, Çad və Kamerun dövlətlərində də terror aktları törədib. 2010-cu ildə ABŞ bu qrupu terrorçu təşkilat kimi tanıyıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.