CƏMİYYƏT


Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan gəmi Qabona doğru hərəkət edir

İstanbul, 24 yanvar, AZƏRTAC

Türkiyə tərəfi Nigeriya sahillərində “MV Mozart” adlı gəminin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub, son vəziyyətlə bağlı məlumat verilib. Hazırda gəminin Qabona doğru hərəkət etməsi ilə bağlı məlumat əldə olunub.

M.Çavuşoğlu gəminin məxsus olduğu şirkətin icraçı direktoru Osman Levent Karsanla da telefonla danışaraq qaçırılan gəmiçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Məlumatda Türkiyənin başda Abuja olmaqla Nigeriya və qonşu ölkələrdəki bütün səfirliklərinin qaçırılan heyət üzvlərini xilas etmək üçün səfərbər olduğu qeyd edilir.

Xatırladaq ki, Türkiyə şirkətinə məxsus “MV Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.