MƏDƏNİYYƏT


Nigeriya televiziyası “Azərbaycan təamları” filminin növbəti buraxılışını yayımlayıb VİDEO

Bakı, 18 fevral, AZƏRTAC

Nigeriyanın STV kanalında məşhur aparıcı Gina Ehikodinin “Foodies & Spice” yemək verilişində 13 hissədən ibarət “Azərbaycan təamları” filminin növbəti buraxılışı yayımlanıb.

AZƏRTAC xəbər verir ki, budəfəki verilişdə nigeriyalı aparıcı Azərbaycanın zəngin tarixə, mətbəxə və adət-ənənələrə malik bir ölkə olduğunu bildirir.

Müəllif verilişdə Azərbaycanın qədim şəhəri olan Şəkinin tarixindən və milli yeməklərindən olan pitinin hazırlanması qaydaları haqqında məlumat verir.

Həmçinin pitin içində istifadə olunan inqrediyentləri, hazırlama qaydasını və yemək ənənəsini izah edir. Şəkidə olduğu zaman Azərbaycan toyunda iştirak edir və bu adət haqqında məlumat verir.

Milli mətbəximizdən bəhs edən silsilə filmlər hər həftənin şənbə günləri ölkənin WAPTV, RAVE TV, TVC kanalları ilə də birbaşa yayımlanır.

Qeyd edək ki, Nigeriyanın məşhur “Foodies & Spice” mətbəx verilişinin yaradıcı heyəti Nigeriya Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramovanın dəstəyi ilə ölkəmizdə səfərdə olub. Nigeriyalı qonaqlar on günlük səfər çərçivəsində Bakıda və regionlarda silsilə görüşlər keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.