DÜNYA


Nigeriyada 1 milyard barrel xam neft ehtiyatı aşkarlanıb

Bakı, 13 fevral, AZƏRTAC

Qərbi Afrika ölkəsi olan Nigeriyanın şimal-şərqində 1 milyard barrel xam neft ehtiyatı aşkar olunub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Nigeriyanın Neft Ehtiyatları naziri Timipre Slyva paytaxt Abucada keçirilən konfransda deyib.

O bildirib ki, ölkəsinin 2002-ci ildə 22 milyard barrel neft ehtiyatı var idi. 2007-ci ildə bu göstərici 37 milyard barrelə yüksəlib. 2007-ci ildən bu vaxta kimi isə ehtiyatlar 37,5 milyard barrelə çatıb.

Qeyd edək ki, Nigeriya qlobal ehtiyatlarının 3,1 faizinə sahibdir və gündəlik 1,5 milyon barreldən çox neft istehsal edir. Ölkədəki qarşıdurmalar səbəbindən istehsalın 500 min barreli istifadə edilə bilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.