DÜNYA
Nigeriyada məscidə terror hücumu: ölənlərin sayı 50 nəfərə çatıb
Bakı, 21 noyabr, AZƏRTAC
Nigeriyanın şimal-şərqində yerləşən Mubi şəhərinin məscidində törədilən partlayış nəticəsində həlak olanların sayı 50 nəfərə çatıb, çox sayda yaralı var.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, bunu yerli polisin nümayəndəsi Osman Əbubəkir bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində yaralananlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yaralılar barədə dəqiq məlumat olmasa da, ölənlərin sayının arta biləcəyi istisna edilmir.
Xatırladaq ki, partlayış noyabrın 21-də sübh namazından sonra baş verib. Partlayıcı qurğunu təxminən 17 yaşlarında olan terrorçu- kamikadze işə salıb. Hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]