DÜNYA


Nigeriyada naməlum silahlılar azı 15 nəfəri qətlə yetirib

Bakı, 1 noyabr, AZƏRTAC

Naməlum silahlılar Nigeriyanın Borno ştatındakı dörd kəndə hücum ediblər. Nəticədə azı 15 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Channels TV telekanalının yaydığı məlumata görə, təxminən 200 nəfərdən ibarət silahlı dəstə Abba Malumti kəndində 8, Dalori kəndində 2 nəfəri qətlə yetirib, Kofa kəndində isə yerli imamı və onun 4 ailə üzvünü diri-diri yandırıblar. Şahidlərin sözlərinə görə, hadisə zamanı kənddən qaçan əhali arasında çayda boğularaq ölənlər ola bilər.

Hücumun “Boko Haram” qruplaşması tərəfindən törədildiyi ehtimal edilir. Polis orqanları həlak olanların və yaralananların dəqiq sayı barədə hələlik rəsmi məlumat verməyib.

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” qruplaşması qərb təhsil modelinə qarşı çıxır və ölkədə şəriət qanunlarının tətbiq olunmasına çalışır. Qruplaşma Niger, Kamerun və Çadın dəstəyi ilə hökumət qüvvələrinin onlara qarşı yönələn silahlı kampaniyasına cavab olaraq mütəmadi terror və diversiya aktları həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.