DÜNYA


Nigeriyada naməlum xəstəlik 50 nəfərin ölümünə səbəb olub

Bakı, 18 avqust, AZƏRTAC

Qərbi Afrikada yerləşən Nigeriyada son 3 həftə ərzində 50-dən çox sakin diaqnoz qoyula bilməyən xəstəlik səbəbindən dünyasını dəyişib.

AZƏRTAC ölkənin yerli mətbuatına istinadla xəbər verir ki, Qərbi Yaqba bölgəsinin Okunran, Okoloke və İsanlu-Esa kəndlərində 21 gün ərzində 50 nəfər ishal, qanlı qusma və yüksək hərarətlə müşayiət olunan epidemiya səbəbindən həyatını itirib.

Bölgəni ziyarət edən Nigeriya Sağlamlıq Komissiyasının başçısı Saka Audu epidemiya halını alan xəstəliyin təhlükəli olduğunu, ancaq ona diaqnoz qoya bilmədiklərini bildirib. O, həmçinin qeyd edib: “Xəstəliyin əvvəlcə Lassa malyariyası olduğunu düşündük. Lakin xəstələrdə qanlı qusma halı da olduğu üçün başqa testlər etməyə qərar verdik. On iki saat ərzində həmin xəstəlik səbəbindən iki azyaşlını itirdik. Onun Lassa malyariyası olmadığına əminik, amma xəstəliyin nə olduğunu bilmirik”.

Dünya Sağlamlıq Təşkilatı (ÜST) xəstəliklə əlaqədar bölgədə araşdırmalara başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.