DÜNYA


Nigeriyada prezident və parlament seçkiləri keçirilir

Bakı, 23 fevral, AZƏRTAC

Bu gün Nigeriyada prezident və parlament seçkiləri keçirilir.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, ikinci dördillik müddətə namizədliyini irəli sürən Prezident Məhəmməd Buxari artıq Katsina ştatındakı doğma Daura şəhərində səs verib.

Nigeriyanın dövlət başçısı postu uğrunda ümumilikdə 73 namizəd mübarizə aparır. Ekspertlərin fikrincə, əsas mübarizə hazırkı prezident Məhəmməd Buxari ilə müxalifəti təmsil edən sabiq vitse-prezident Atiku Əbubəkr arasında gedəcək.

Nigeriya ordusunun sabiq generalı Buxari 1983-cü ildə baş verən hərbi çevrilişdən sonra ilk dəfə ölkəyə rəhbərlik edib və iki ildən sonra eyni yolla hakimiyyətdən kənarlaşdırılıb. Ölkədə demokratiyanın bərpa olunduğu 1999-cu ildən başlayaraq prezident seçkilərində mütəmadi olaraq müxalifəti təmsil edib və 2015-ci ildə qələbə qazanıb. Bu, Nigeriya tarixində hakimiyyətin demokratik yolla müxalifətə keçdiyi ilk hal olub.

Namizədliyi Xalq-demokratik partiyası tərəfindən irəli sürülən Əbubəkr ölkənin ən iri sahibkarlarından biridir. O, 1999-2007-ci illərdə vitse-prezident postunu tutub, 2007-ci ildə isə prezident seçkilərində “Fəaliyyət Konqresi” partiyasının namizədi kimi iştirak edərək üçüncü yerlə kifayətlənib.

Nigeriyada prezident seçkiləri ilə eyni vaxtda ikipalatalı parlamentə də səsvermə keçirilir. Milli Assambleya və Senat uğrunda 91 partiyanın nümayəndələri mübarizə aparır. Ölkədə 84 milyondan çox seçici qeydiyyata alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.