DÜNYA


Nigeriyada stadionda izdihamlı aksiya zamanı 14 nəfər ölüb

Bakı, 13 fevral, AZƏRTAC

Nigeriya Prezidenti Muhammadu Buharinin tərəfdarlarının Port Harkout şəhərinin Adokiye Amiesimaka stadionunda keçirdiyi izdihamlı aksiyada qaçaqaç düşməsi nəticəsində 14 nəfər ölüb, çoxlu sayda yaralı var.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Port Harkout Universiteti xəstəxanasının baş həkimi Kem Daniel-Elebgia onlarla insanın ağır vəziyyətdə olduğunu deyib. Ölkə Prezidentinin aparatından yayılan məlumatda bildirilir ki, dövlət başçısı ölənlərin ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. O, həmçinin insidentin səbəblərinin araşdırılması üçün tapşırıq verib.

Nigeriyada cümə günü keçiriləcək prezident seçkilərində əsas namizəd 70 yaşlı hazırkı Prezident Muhammadu Buharidir. Ölkədə parlament üzvlərinin və qubernatorların seçkiləri isə martın 2-nə nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.