DÜNYA
Nigeriyada təyyarə qəzaya uğrayıb VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
Nigeriyanın paytaxtı Abuca şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb.
AZƏRTAC “Vanguard” qəzetinə istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, pilot təyyarəni yaşayış məhəllələrindən uzaqlaşdıra bilib və o, boş sahəyə düşərək tamamilə yanıb. Nəşrin dərc etdiyi fotolarda təyyarənin düşdüyü yerdən qatı tüstü qalxdığı görünür. Zərər çəkənlər barədə məlumat verilməsə də, ölənlər olduğu ehtimal edilir.
Reuters agentliyi öz növbəsində təyyarənin Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus olduğunu bildirir. Məlumata görə, təyyarə Abuca aeroportuna enməyə hazırlaşırmış.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]
Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub
- 23.04.2024 [14:25]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [14:23]
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]