DÜNYA


Nigeriyada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində 6 nəfər ölüb

Nigeriyada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində 6 nəfər ölüb

Bakı, 28 mart, AZƏRTAC

Nigeriyanın Laqos şəhərində yanacaq daşıyan avtomobilin partlaması nəticəsində 6 nəfər ölüb.

AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, hadisə yanacaq daşıyan maşının digər bir avtomobil ilə toqquşması nəticəsində baş verib. Nəticədə hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb.

Baş verən hadisənin qurbanları arasında motosiklet sürücüsü də var.

Qeyd edək ki, son illərdə Nigeriyada ölümlə nəticələnən yol qəzaları və yanacaq daşıyan maşınların iştirakı ilə partlayışlar baş verir. Bu yol qəzalarına, əsasən yolların pis olması, yol hərəkəti qaydalarına məhəl qoyulmaması və nəqliyyat vasitələrinə zəif texniki qulluq göstərilməsi səbəb göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.