MƏDƏNİYYƏT


Nigeriyanın müstəqillik günündə Azərbaycan da təmsil olunub VİDEO

Bakı, 5 oktyabr, Aygün Həsənova, AZƏRTAC

Nigeriyanın müstəqillik günü ilə əlaqədar Laqos şəhərində Banana Mədəniyyət Festivalı keçirilib. Festivala Laqosda yaşayan Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Nigeriya, İngiltərə və Almaniya da daxil olmaqla ümumilikdə 20 ölkənin nümayəndəsi qatılıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizi tədbirdə Nigeriyada yaşayan Azərbaycanın Dostları Təşkilatının prezidenti Billurə Bayramova təmsil edib.

Festivalda Azərbaycanın dövlət himni səsləndirilib. Qonaqlara xalqımızın ləziz yeməkləri - dolma, qutab, plov, paxlava, sac qovurması təqdim olunub. Ölkə mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barədə geniş məlumat verilib. Festivalda ifa olunan milli rəqslərimiz böyük maraqla qarşılanıb.

Qeyd edək ki, festivalın təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif ölkələrin vətəndaşlarının öz dövlətlərini təbliğ etmək, özlərinə məxsus mətbəx nümunələri, musiqi, milli mədəniyyət və tarixləri barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir.

Festivalda müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən tanınmış şirkətlərin nümayəndələri, Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.