REGİONLAR
Nihad Xəlilov: Ölkəmizin inkişafını Qəbələnin timsalında aydın görə bilirik
Qəbələ, 23 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Gündən-günə gözəlləşən respublikamız artıq inkişaf etmiş ölkələrlə rəqabət aparır. Demək olar ki, hər gün müxtəlif yeniliklərin şahidi oluruq. Dövlətimizin başçısı gənc nəslin yaxşı təhsil alması və dünyagörüşünün artması istiqamətində çox böyük işlər görür. Bu gün biz ölkəmizin inkişafını Qəbələnin timsalında aydın görə bilirik. Qəbələnin təbiəti də çox rəngarəngdir. Buranın füsunkar təbiəti bizi valeh edib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Göyçay şəhər 9 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Nihad Xəlilov deyib. O, qeyd edib ki, burdakı məktəblilərin əksəriyyəti Qəbələyə ilk dəfədir gəliblər. “Ekskursiyanın ilk günündə Qəbələ rayonunun görməli yerləri ilə tanış olduq. Azərbaycanı gənc nəslə daha yaxından tanıtmaq üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya hər il uğurla reallaşdırılır. Bu aksiya zamanı bizim dünya görüşümüz artır, maddi-mədəniyyət nümunələri, tarixi abidələr, istehsal müəssisələri, adət-ənənələrimizlə, turizm obyektləri ilə yaxından tanış oluruq, kitablardan oxuduğumuz və sənədli filmlərdə gördüyümüz yerləri əyani şəkildə görürük”, - deyə N.Xəlilov vurğulayıb.
O, Göyçay məktəbliləri və təhsil işçiləri adından bu mühüm tədbirin təşkilinə yaxından köməklik göstərən ölkə başçısına minnətdarlığını bildirib.