MƏDƏNİYYƏT


Nijni Novqorodda Azərbaycana həsr edilmiş sərgi keçiriləcək

Bakı, 11 noyabr, AZƏRTAC

AZƏRTAC Nijni Novqorod KİV-lərinə istinadla xəbər verir ki, noyabrın 12-də Rusiya Xarici İşlər Nazirliyinin Nijni Novqoroddakı nümayəndəliyində bu şəhərdə yaşayıb yaradan rəssam Maksim Pridanovun və “Pridanovların açıq emalatxanası”nın “Rusiya-Azərbaycan” adlı sərgisi keçiriləcək.

Maksim Pridanovun sərgisi ictimaiyyəti müasir Nijni Novqorod rəssamlarının yaradıcılığı ilə tanış etmək məqsədilə Rusiya Xarici İşlər Nazirliyinin Nijni Novqoroddakı nümayəndəliyi tərəfindən həyata keçirilən növbəti layihədir.

“Rusiya-Azərbaycan” bədii layihəsində Azərbaycan Rəssamlar İttifaqının üzvləri, batik üslubunda çalışan Tatyana Ağababayeva və Nikolay Zaytsev iştirak edirlər.

Nijni Novqoroddan olan rəssamlar Azərbaycanın qədim tarixə malik ipəkçilik ənənələrinə əsaslanan batiklər - Bakıya, Xəzər dənizinə, Azərbaycanın nağıllar aləmini xatırladan dilbər guşələrinə, dağlarına, rəvayət və əfsanələrinə həsr edilmiş silsilə əsərlər yaradıblar.

Sərgidə Nikolay Zaytsevin impressionist qraffiti janrında yaratdığı orijinal müəllif mətnləri – annotasiyalar da nümayiş etdirilir. Bu işlərin əsas ideyası Azərbaycana, onun təbiətinə, milli adət və ənənələrinə, habelə sivilizasiyaların bütün tarixi inkişafı dövründə burada mövcud olmuş müxtəlif xalqların mədəniyyətlərinin heyrətamiz və rəngarəng məcmusu olan paytaxtımız Bakıya sevgi etirafıdır.

Rusiya XİN-in Nijni Novqoroddakı nümayəndəliyində həyata keçirilən “Rusiya-Azərbaycan” bədii layihəsi müxtəlif boyakarlıq texnikasından və fərqli icra üslublarından istifadə edən Nijni Novqorod və Azərbaycan rəssamlarının iki mədəniyyətin qarşılıqlı nüfuz təsirinə münasibətlərini əks etdirir və dövlətlərimiz arasında yaradıcı əlaqələrin möhkəmlənməsinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.